“Ulaq” və “fil” niyə simvol seçilib?
Bu rəmz 1828-ci ilin prezident seçkisindən qalmadır.
Demokratların namizədi Andrew Jackson müharibə qəhrəmanıydı (Britaniya ordusu ilə 1812-ci il savaşından və aborigen əhali ilə 1-ci Seminole döyüşlərindən sonra). Onun kampaniyasının devizi “Xalqa idarə etmək imkanı verin!” idi.
Jacksonun respublikaçı rəqibləri onu populizmdə ittiham edərək "jackass" («eşşək») adlandırırdılar.
Amma Jackson nəinki bunu vecinə alır, hətta acığa uzunqulağı öz seçki kampaniyasının simvoluna çevirir.
Prezident seçiləndən sonra isə opponentləri ona tərs olduğunu qabartmaq üçün. “eşşək” deməkdə davam edirlər.
"DİRİ EŞŞƏK ÖLÜ ŞİRƏ ŞILLAQ ATIR"
Amma uzunqulağın demokratların, filinsə respublikaçılların simvoluna çevrilməsinin əsas səbəbkarı bir rəssam olub: "Harper’s Weekly" jurnalının karikaturaçısı Thomas Nast.
Onun 1870-ci ildə çəkdiyi karikatura “Diri eşşək ölü şirə şıllaq atır” adlanırdı.
Eşşək müharibə əleyhdarlarının, şir isə Edwin M. Stantonun simvolu idi..
Stanton 1861-65-ci illərdəki vətəndaş müharibəsi zamanı respublikaçı prezident Linkolnun müharibə üzrə katibi idi.
Savaş zamanı demokratlardan ibarət olan və Amerikanın şimalındakı bir sıra nüfuzlu qəzetlərə sahib olan müharibə əleyhdarları cənubdakı quldar ştatların ordusu ilə sülhə çağırırdırlar.
Rəsmdən karikaturaçının da müharibə əleyhdarlarına simpatiyasının olmadığı görünür. O, yenicə dünyasını dəyişən keçmiş Müharibə üzrə Katibə rəğbətini bu formada ifadə edir.
1871-ci ildə isə həmin rəssam çəkdiyi karikaturada ilk dəfə olaraq fili respublikaçılarla əlaqələndirir.
Bununla onlara xəbərdarlıq edir ki, başları partiyadaxili çəkişmələrə qarışdığı üçün qarşıdan gələn seçkini uduza bilərlər.
"ÜÇÜNCÜ MÜDDƏT TƏLAŞI"
Amma bu iki heyvanı necə deyərlər əbədi olaraq ABŞ-da ən iri iki partiyanın simvoluna çevirəcək karikaturanı Thomas Nast 1874-cü ildə çəkir.
Həmin il noyabrın 7-də sözügedən jurnalda çap edilən və “Üçüncü müddət təlaşı” adlanan karikaturada fil, şir dərisi geymiş eşşək və başqa heyvanlar təsvir edilir.
O zaman respublikaçı Ulysses S. Grant iki dəfə prezident seçilmişdi və onun üçüncü dəfə də namizədliyini irəli sürəcəyinə ehtimal vardı.
Onda Konstitusiya hələ bunu birbaşa qadağan etmirdi, sadəcə Amerika dövlətinin banilərindən olan və ölkənin ilk prezidenti seçilmiş George Washington böyük nüfuzuna baxmayaraq, 2 dəfədən çox prezident olmaqdan imtina etmiş, ondan sonra bu, bir ənənəyə çevrilmişdi.
Grantın üçüncü dəfə seçilmək ehtimalı demokratlar tərəfindən qəzəblə qarşılanmışdı.
Onlar bildiridilər ki, bu, demokratiyaya zərbə olacaq və ölkədə imperiyaçılığa – “sezarizm”ə aparıb çıxaracaq.
Karikaturada şir dərisi geymiş uzunqulaq demokratların rəmzidir. Həmin eşşəyin üzərinə “sezarizm” yazılıb.
Həmin eşşək meşədəki bütün heyvanları qorxudub pərən-pərən salır.
Rəssam demək istəyir ki, demokratlar cəmiyyətə “Üçüncü müddət panikası” yaşadırlar.
Rəsmdə üzərində “The Republican vote” yazılan fil də hürkür.
Bu da respublikaçılar partiyasının öz daxilində də Grant-ın üçüncü müddətə seçilməsi ilə bağlı fikir ayrılıqları olmasına işarədir.
(Yekunda partiya özü də Grantin üçüncü müddətə namizədlik istəyinə “yox” demişdi).
Nast sonralar da fil təsvirindən respublikaçıları rəmzləşdirmək üçün istifadə etməkdə davam etdi.
Bir müddət sonra isə respublikaçılar və demokratlar müvafiq olaraq fil və uzunqulağı rəsmən simvol kimi qəbul etdilər.
«Azadlıq» radiosu

2962