Misir xristianları islamçı Ana Yasaya qarşı
07 noyabr 2012 07:56 (UTC +04:00)

Misir xristianları islamçı Ana Yasaya qarşı

Misirdə xristian koptlar pravoslav kilsəsinin 118-ci başçısını seçib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu Tavadros İkincidir. Baş keşiş ilk çıxışını Misirdəki vəziyyətə həsr edib.

O, deyib ki, kilsə ölkədəki yalnız bir dini icmanın maraqlarını qoruyan Ana Yasanı dəstəkləmir.

«Misirin gözəlliyi müsəlman və xristianların birgə mövcudluğundadır. Müxtəliflilik güc qaynağıdır»-deyən, baş keşiş yeni Əsas Qanun ölkədəki büğün icmaların maraqlarını təmin etməsinin vacibliyini vurğulayıb.

«Misir tərəqqi yolu ilə getmə istəyirsə, onda konstitutsiya hər kəsin marağını qorumalıdır. Əgər o, əhalinin bir qrupuna xidmət edəcəksə, o zaman cəmiyyətimiz geri gedəcək» -deyə, Tavadros İkinci vurğulayıb.

Kopt kilsəsinin başçısı bildirib ki, əgər islamçılar şəriət qanunlarına əsaslanan Ana Yasanı qəbul edərlərsə,o zaman xristianlar buna qəti etiraz edəcək.

Bundan başqa baş keşiş koptları ölkənin siyasi həyatında fəal olmağa, yalnız öz haqlarını deyil, bütün cəmiyyətini maraqlarını qorumağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002

Oxşar yazılar