Latviya milli valyutadan imtina edir
07 noyabr 2012 00:15 (UTC +04:00)

Latviya milli valyutadan imtina edir

Latviya hakimiyyəti milli valyuta latın yerinə avronun işlənilməsinə dair qərar qəbul edib.

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, qanun layihəsinə əsasən, malların qiyməti və bütün növ xidmətlər avrozonaya daxil olandan sonra 3 ay ərzində həm lat, həm də avro ilə göstəriləcək.

Avro tətbiqə başlayandan sonra bütün bankomatlar latla işləməyəcək. Bundan başqa latla avro iki həftə birlikdə dövriyyədə olacaq. Onda qalıq avro ilə qaytarılacaq.

Pərakəndə mübadilə məntəqələrində lat avroya 6 müddətində dəyişdiriləcək.

Latviya bütünlük 2014-cü ilin yanvarından avroya keçməyi planlaşdırır. 2004-cü ildə mili valyutadan imtina ilə bağlı referendum zamanı ölkə vətəndaşları avroya üstünlük verməmişdi. Ancaq onda Avropa Birliyi quruma üzə dövlətlərin büdcəsinə nəzarətə dair ideya ortaya çıxmamışdı.

Bununla belə Latviya Ana Yasa məhkəməsinin sədri Qunra Kutris, habelə müxalifət fraksiyası «Yaşlıllar və kəndlilər Birliyi», «Mərkəz Anlaşma» Partiyası yeni referendumun keçirilməsini təklif edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757

Oxşar yazılar