İranda aviabiletlər yenə bahalandı
06 noyabr 2012 20:21 (UTC +04:00)

İranda aviabiletlər yenə bahalandı

Iranda bu gündən etibarən aviabiletlərin qiyməti 65 faiz artıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İranın Aviaşirkətlər Assosiasiyasının sədri Seyid Əbdülrza Musəvi açıqlama verib.

O bildirib ki, aviaşirkətlər valyuta xərclərini ödəyə bilmədikləri üçün belə bir addım atılıb: “Şirkətlər dövlətin müəyyən etdiyi qiymətə dollar ala bilmirlər. Bu isə maddi zərərlə nəticələnir. Əslində şirkətlərə dəyən ziyanı nəzərə alaraq, biletlərin 75 faiz artırılmasını istəyirdik. Lakin yalnız ortalama 65 faiz artıma icazə verildi”.

S.Ə.Musəvi əlavə edib ki, bu gündən başlayaraq İranın 3 aviaşirkəti - “İran Air Tour”, “Mahan” və “Asiman” biletləri qiymət artımı ilə satmağa başlayıb.

Qeyd edək ki, İranın Mərkəzi Bankı valyutadəyişmə məntəqələri üçün dolların kursunu aşağı qiymətlə elan etsə də, qara bazarda bu valyuta daha yüksək qiymətlə satılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar