Türkiyə “ağıllı bomba” yaratdı
05 noyabr 2012 14:27 (UTC +04:00)

Türkiyə “ağıllı bomba” yaratdı

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, TÜBİTİAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun mühəndisləri 5 illik tədqiqat nəticəsində döyüş təyyarələrində hədəfi 25 kilometr uzaqdan vura bilən bomba yaradıblar.

Bununla da Türkiyə dünyada “ağıllı bomba” yaradan dördüncü ölkə olub. Atıldıqdan sonra peyk və xüsusi aparatlar vasitəsi ilə hərəkət trayektoriyası müəyyənləşdirilən “ağıllı bomba”lar hədəfdən maksimum 6 metr yayına bilər. Məhz bu dəqiqliyinə görə “ağıllı bomba” hədəfdən kənardakı yerlərə zərər vermir. Digər tərəfdən, əgər döyüş təyyarələri digər bombaları 5-6 kilometrdən atırsa, “ağıllı bomba”larla 25 kilometrə qədər məsafədən hədəfi məhv etmək olur.

Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergün deyib ki, Türkiyədə “ağıllı bomba”-nın kütləvi istehsalına 2013-cü ildə başlanacaq. Hazırda dünyada yalnız ABŞ, Rusiya və İsrail “ağıllı bomba” istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2365

Oxşar yazılar