Dövlət Baxçalı MHP-nin başqanı seçilib-YENİLƏNİB
Qurultay nümayəndələrindən 725-nin lehinə səs verdiyi Dövlət Baxçalı yenidən MHP başqanı seçilib.
Onun rəqibi Koray Aydın 441, Musavvat Dərvişoğlu isə 48 səs alıb.
***
19.15
Bu gün Ankarada Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) X qurultayı başlayıb.
APA-nın Türkiyə bürosunun hazırda qurultayı izləyən əməkdaşı Mayis Əlizadənin verdiyi xəbərə görə, qurultayın ilk anlarından salonun bir tərəfindən “Bozqurd Koray”, digər tərəfindən isə “Dövlətin başına Dövlət gələcək” şüarları səsləndirilib.
Qurultayı aparacaq idarə heyətinin sədri kimi Toğrul Türkeş təsdiqləndikdən sonra çıxış edib. T. Türkeş namizədləri və onların tərəfdarlarını toplantının daxili nizam qaydalarına əməl etməyə çağırıb: “Bu partiya menim atamın partiyasıdır, Sizləri görəndə atamı görürəm”.
X qurultaydakı çıxışında MHP sədri Dövlət Baxçalı Türkiyənin və Türk dünyasının önəmli şəxslərini və yerlərini xatırlayaraq, Türklük mübarizəsinin lideri ölmüş siyasətçiləri, fikir və sənət adamlarının öz düşüncələriylə bu gün qurultay salonunda olduğunu bildirib:” Bu gün Türklük mübarizəsinin öndərlərindən Hüseynzadə Əlibəy, “Bir kərə yüksələn bayraq bir daha enməz”- deyən Məmmədəmin Rəsulzadə də bu salondadır.Hamısını rəhmətlə anıram”.
Baxçalı Türküstan və Orta Asiyadan Qafqaza, ordan isə Balkanlara, Orta Şərqə və Məkkəyə qədər Türk-islam dünyası ruhunun qurultaya əlavə dəyər verdiyini deyib: “Bu gün Təbriz, Ərdəbil, Zəncan, Urmuyə,Məşhəd burdadır. Siz bu gün buraya Türklüyü və islamı referans alan möhürü vurdunuz. Ülküçü Xocalıdakı qətliamın intiqamını alacaq olanlardır”.
AKP hökumətini sərt tənqid edən MHP başqanı hökuməti “müsəlman coğrafiyasını işğal edən imperialistlərlə əməkdaşlıq etməkdə” günahlandırıb: “Qoy onlar imperialistlərlə əməkdaşlıq etsin, biz isə sizinlə birlikdə fatihə oxuyaq- kifayətdir. Milliyyətçi hərəkat budur, onun varlığı və kimliyi göz qamaşdırır”.
MHP lideri, 2053-cü ildə İstanbulun fəthinin 600-cü illiyinə dair yeni bir dünya baxışı hazırladıqlarını, iqtidara gələcəkləri təqdirdə bu layihəni həyata keçirəcəklərini bildirib. D. Baxçalı, gələcəkdəki əsas hədəflərindən birinin 2071-ci ildə Anadoludakı Türk dövlətinin 1000-ci ilini qeyd etmək olduğunu deyib.
MHP başqanı 2053-cü il üçün “Super ölkə Türkiyə” layihəsi hazırladıqlarını da da açqlayıb: “2071-ci ilə qədər Türkiyənin gələcəyi MHP dünyagörüşü ilə formalaşacaqdır”.
MHP lideri AKP hökumətini “Türkiyəni 36 parçaya bölməkdən vaz keçməyə” və “Kandilə Türk bayrağı dikməyə terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısı ilə müzakirələri dayandırmağa” çağırıb.
MHP-ni iqtidarını AKP hökumətinə dəstək verməkdə günahlandıranlara sərt cavab verən D. Baxçalı onları “bataqlığın dibinə batmışlar” adlandırıb: ”Biz Türkiyənin bölünməsi üçün MHP-yə qarşı təşkil edilmiş əməliyyatları, bizə “bala müxalifət, qandan bəslənənlər” deyənləri unutmamışıq. Bunların hamısının haqq-hesabını məhkəmə qabağında verdirəcəyik. Türklüklə problemi olan hər kəslə bizim haqq-hesabımız vardır, bizim Türk və müsəlman qatilləriylə haqq-hesabımız vardır. Bizim həmsədrlərlə, müzakirəçilərlə, İmralı düşkünləriylə haq-hesabımız vardır, bizim diktatorlarla, millət və milliyyət düşmənləriylə haqq-hesabımız vardır”.
D. Baxçalının qurultaya dəvət edilsələr də, Türkiyəyə buraxılmadıqları üçün salonda olmayan Uyğur Milli Hərəkatının lideri Rabiyya Kadir və GAMOH lideri Mahmudəli Çöhrəqanlının təbrik mesajları oxunub.
MHP sədrliyinə digər namizəd olan Koray Aydın da qurultay
nümayəndələri qarşısında çıxış edib. O da AKP hakimiyyətini sərt tənqid edib, MHP-nin təkbaşına iqtidar olmasının vacibliyini vurğulayıb.
K. Aydın növbəti parlament seçkisinə qədər partiyasına daha 3 milyon
yeni üzv gətirəcəyini də bildirib. O, gələn ilin fevralında Ankaranın mərkəzində 1 milyon nəfərlik aksiya keçirəcəklərini də deyib.
MHP X qurultayında sədrliyə digər namizəd olan Musavvat Dərvişoğlu da çıxış edib. O, çıxışında daha çox özünün siyasi fəaliyyətinə, 38 il ərzində hərəkatda olduğuna diqqət çəkib. O, 43 imza ilə sədrliyə namizədliyinin verilməsinə baxmayaraq, MHP sədri seçiləcəyinə inandığını bildirib.
***
11.56
Bu gün Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) özünün X qurultayını keçirir.
APA-nın Ankaraya ezam olunmuş xüsusi müxbiri Mayis Əlizadənin verdiyi məlumata görə, qurultay Ankara Arena İdman Sarayında keçirilir.
Qurultayda partiyanın 1240 üzvü səsvermə səlahiyyətinə malikdir. Qurultayı Türkiyədən və xaricdən 800 jurnalist izləyir.
Qurultaya Azərbaycan, Kosova, Bosniya-Hersoqovina, Serbiya, Suriya və digər ölkələrdən də heyətlər qatılıblar.
Azərbaycandan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da iştirak edirlər.
Qurultayda partiyanın növbəti mərhələdə başqanlığı üçün Dövlət Baxçalı və hazırda partiyanın Trabzondan millət vəkili olan Koray Aydının nazmidəliyi var.

2029