Gürcüstan Rusiya və Abxaziya ilə dəmir yolunu açır
02 noyabr 2012 11:00 (UTC +04:00)

Gürcüstan Rusiya və Abxaziya ilə dəmir yolunu açır

Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın reinteqrasiya naziri Paata Zakareişvili bildirib.

Nazirin dediyinə görə, bu addım Gürcüstanın təkcə iqtisadi maraqlarından irəli gəlmir. “Dəmiryolunun bərpası ilə regionda canlanma da artacaq. Qaçqınların da öz evlərinə qayıtmaq imkanı yaranacaq. İlk əvvəl yükdaşımaları, daha sonra isə sərnişin daşımaları ilə bölgədə inteqrasiyaya nail olmaq mümkündür” - deyə, Zakareişvili bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599

Oxşar yazılar