Tunisdə fövqəladə vəziyyətin müddəti uzadılıb
01 noyabr 2012 07:20 (UTC +04:00)

Tunisdə fövqəladə vəziyyətin müddəti uzadılıb

Tunis prezidenti Münsif Marzuki ölkədəki fövqəladə vəziyyətin 2013-cü ilin yanvarınadək uzadılması haqda fərman imzalayıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bunu ölkədəki qeyri-sabit şəraitlə əsaslandırıb.

Qeyd edək ki, Tunisdə fövqəladə vəziyyət 2011-ci ilin yanvarından, keçmiş prezident Zinabidin ben Əli devriləndən sonra tətbiq olunub.

Bu vəziyyətdə polisin səlahiyyətləri genişlənib, kütlvi yığıncaqlar yasaqlanıb,komandant saatı uzadılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar