Toy yasa döndü: qapıya toxunan 24 nəfər öldü
31 oktyabr 2012 10:54 (UTC +04:00)

Toy yasa döndü: qapıya toxunan 24 nəfər öldü

0
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb toy mərasimi keçirilən evin yaxınlığından keçən yüksək gərginlikli elektrik xətti olub.

Oktyabrın 30-da axşam saatlarında elektrik dirəyi qırılaraq evin dəmir qapısının üzərinə düşüb. Çaxnaşma yaşanıb, qonaqlar, əsasən də qadınlar çölə çıxmağa çalışıblar. Bu zaman dəmir qapıya toxunanlar həyatlarını itiriblər. Ümumilikdə 24 nəfər
ölüb, 42 nəfər xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6059

Oxşar yazılar