London məhkəməsi rusiyalı həmkarlarının qərarını ləğv edib
31 oktyabr 2012 00:53 (UTC +04:00)

London məhkəməsi rusiyalı həmkarlarının qərarını ləğv edib

London məhkəməsi Rusiyanın «Aeroflot» hava şirkətinin tanınmış sahibkar Boris Berezovski və onun ticarət tərəfkeşi Nikolay Qluşkova qarşı iddiasını təmin etməyib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «Aeroflot» şirkətə vurduğu ziyana görə, ona qarşı 720 milyon rubl iddia ilə məhkəməyə müraciət edib.

2007-ci ildə Moskvanın Savelsk məhkəməsi «Aeroflot»un vəsaitlərindən dələduzluqla istifadəyə görə, Berezovskini qiyabi olaraq, 6 il müddətinə azadlıqdan məhrum etmişdi.

London məhkəməsi cavabdeh tərəflərin tələblərini təmin edərək, rusiyalı həmkarlarının «Aeroflot»la bağlı qərarını qanunsuz sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar