
İran pilotsuz təyyarə ilə İsrailin hərbi obyektlərinin görüntüsünü əldə edib
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İran parlamentinin Təhlükəsizlik komitəsinin rəhbəri İsmayıl Kousari bəyan edib. İslam İnqilabını Mühafizə Korpusunun mütəxəssisləri pilotsuz təyyarəni oktyabrın 6-da Livan ərazisindən buraxıblar. Pilotsuz təyyarə Aralıq dənizi üzərində uçub, daha sonra Qəzza sektoruna, oradan da İsrailin hava məkanına daxil olub. Pilotsuz təyyarə İsrailin hava məkanında 55 kilometr uçandan sonra vurulub. “Hizbullah” Hərəkatı bəyan edib ki, pilotsuz təyyarə Livana məxsusdur, aparat İranda yığılıb. İsmayıl Kousari isə deyib ki, pilotsuz təyyarə İsrail hava məkanında uçan zaman canlı translyasiya gedib, obyektlərin yerləri müəyyənləşdirilib.
Oxşar yazılar

Süveydada təhlükəli olay
3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO
3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO
3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var
3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb
3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ baş verdi
3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
3 avqust 2025 , 06:02