İranlı zəvvarların avtobusu partladıldı: 5 ölü, 12 yaralı
28 oktyabr 2012 11:21 (UTC +04:00)

İranlı zəvvarların avtobusu partladıldı: 5 ölü, 12 yaralı

İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, hadisə paytaxt Bağdad şəhərindən 20 kilometr şimalda, “əl-Taci” bölgəsində baş verib. Uzaqdan idarə olunan bomba əvvəlcədən avtobusa yerləşdirilib. Bombanın partlaması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

İran Həcc və Ziyarət Təşkilatının rəsmisi Əli Heydəri isə bildirib ki, zəvvarlar İranın Kaşan şəhərindən İraqın Samirə şəhərinə səfər edirmişlər: “Həmin avtobus İran Həcc və Ziyarət Təşkilatının icazəsi olmadan İraqa gedib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1852

Oxşar yazılar