Suriyada yenə qan axdı: 70 ölü
0
0
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Qurban bayramının ilk günü Dəməşqdə bomba yüklü bir avtomobillə həyata keçirilən hücum aktı nəticəsində 5 nəfər ölüb, 32 nəfər yaralanıb.
Deraa şəhərində törədilən partlayış 10 nəfərin yaralanmasına yol açıb. Hələb və İdlib şəhərlərində də döyüşlər davam edib, ölənlər var. Ümumiyyətlə, dünən baş verən döyüşlərdə 70 nəfər həyatını itirib. Bu gün də Hələb və İdlibdə silahlar susmayıb. Atəşkəs rejiminin pozulmasına görə isə prezident Bəşər Əsədə sadiq ordu bölmələri ilə silahlı müxaliflər bir-birlərini günahlandırırlar. Suriya ordusu adından yayılan açıqlamada bildirilib ki, atəşkəs davam edir, ancaq ordu hücumlara cavab verir.