Berluskoni açdı ağzını: “Belə davam edə bilməz...”
27 oktyabr 2012 10:52 (UTC +04:00)

Berluskoni açdı ağzını: “Belə davam edə bilməz...”

Oktyabrın 26-da Milan Məhkəməsi tərəfindən vergidən yayınmaqda günahlandırılaraq 4 il azadlıqdan məhrum edilən İtaliyanın sabiq baş naziri, Azad Xalq Partiyasının lideri Silvio Berluskoni qərara münasibət bildirib.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Silvio Berluskoni deyib ki, bəzi hakimlər ucbatından İtaliya vəhşi bir ölkəyə çevrilir.

Sabiq baş nazir məhkəmənin qərarının siyasi xarakterli, qəbul edilməz və inanılmaz olduğunu söyləyib: “Bu, demokratik bir qərar deyil, belə davam edə bilməz. Bəzi hakimlər ucbatından bu ölkə vəhşi və mədəniyyətsiz bir hala gəlir”.

Azad Xalq Partiyası da Silvio Berluskoni barədə həbs qərarına münasibət bildirib. Partiyanın baş katibi Angelino Alfano bildirib ki, bu, Silvio Berluskoninin siyasi səhnədən təcrid etmək cəhdinin sübutudur və siyasi cinayətdir.

Qeyd edək ki, Silvio Berluskoni seks qalmaqalları ilə bağlı 2011-ci ilin noyabr ayında baş nazir postundan istefa verib. Milan Məhkəməsinin qərarı isə seks qalmaqalları ilə deyil, vergi qaçaqmalçılığı ilə əlaqədardır. Silvio Berluskoninin sahibi olduğu “Gruppo Mediaset” media şirkəti ABŞ filmlərini yayımlamaq üçün lazım olan hüququ xaricdəki şirkətlərin vasitəçiliyi ilə əldə edib və vergidən yayınmaq üçün ödəmələr barədə yalan məlumat təqdim edib. Nəticədə 3 min filmlə bağlı vergidən yayınma nəticəsində 250 milyon avro gəlir əldə olunub. Milan Məhkəməsinin qərarı Silvio Berluskoninin 3 il ictimai sahədə fəaliyyətinə qadağa qoyulmasını da nəzərdə tutur. Ancaq Silvio Berluskoni barədə məhkəmə qərarının qətiləşməsi üçün iki apelyasiya mərhələsinin başa çatması lazımdır. Ancaq İtaliya qanunvericiliyinə görə növbəti məhkəmə instansiyaları da qərarı qüvvədə saxlayarsa, sabiq baş nazir həbsxanada 4 il deyil, yalnız 1 il olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557

Oxşar yazılar