Obama 12 gün gözləyə bilmədi - FOTO
26 oktyabr 2012 18:15 (UTC +04:00)

Obama 12 gün gözləyə bilmədi - FOTO

0
ABŞ prezidenti Barak Obama gələn ayın 6-da bu ölkədə keçiriləcək prezident seçkilərdə artıq səs verib. Lent.az-ın məlumatına görə, prezident ABŞ qanunlarına görə, seçkidən əvvəl səs vermək hüququndan istifadə etmək üçün doğma şəhəri Çikaqoya gəlib. Obamanın xanımı Mişel də əriylə birgə eyni məntəqədə vaxtından əvvəl səs verib.


Maraqlıdır ki, Barak Obama ABŞ tarixində seçki günü səsverməyə gəlməyəcək ilk prezident kimi də tarixə düşüb. Bir məqamı da qeyd edək ki, ABŞ prezidenti nə prezident vəsiqəsi, nə də pasportu ilə səsə verib. O, səs vermək üçün məntəqədə sürücülük vəsiqəsini təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2091

Oxşar yazılar