Ermənilər indi də ABŞ-a axışır
22 oktyabr 2012 20:44 (UTC +04:00)

Ermənilər indi də ABŞ-a axışır

Son on ildə Cənubi Qafqaz respublikalarından ən çox Ermənistan sakinləri ABŞ vətəndaşlığı alıb.

APA-nın “Azatutyun”a istinadən yaydığı məlumata görə, ABŞ Əhalinin Siyahıya Alınması Bürosu 2001-2010-cu illərdə 19469 Ermənistan sakininin ABŞ vətəndaşlığı aldığını bəyan edib. Bu müddətdə 5840 Gürcüstan və 9300 Azərbaycan sakini ABŞ-da vətəndaşlıq alıblar.

Xəbərdə bildirilir ki, son 10 ildə “Green Card” udanların sayına görə də ermənilər birinci yerdədir. Bu müddətdə 30 min Ermənistan vətəndaşı, 13 min Gürcüstan vətəndaşı və 11 min Azərbaycan vətəndaşı “Green Card” udub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar