Dəməşqdə polis məntəqəsini partlatdılar - 13 ölü, 29 yaralı
0
0
Dəməşqdə içərisinə bomba doldurulmuş taksi polis məntəqəsi yaxınlığında partladılıb. Nəticədə 13 adam həlak olub, 29 yaralanıb. Lent.az-ın “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, partlayış əsasən, xristianların məskunlaşdığı “Bab Tuma” məhəlləsində baş verib. Dəməşqin ən qədim məhəllələrindən biri, həmçinin populyar ticarət məkanı sayılır.
Partlayışa görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.
Xatırladaq ki, Suriyada xristianların əksəriyyəti prezident Bəşər Əsədi dəstəkləyir.
Partlayışa görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.
Xatırladaq ki, Suriyada xristianların əksəriyyəti prezident Bəşər Əsədi dəstəkləyir.
0
0