Qvineya-Bisauda dövlət çevrilişi baş tutmadı
0
0
Qvineya-Bisauda dövlət çevrilişinə cəhd olub. Lent.az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, bir qrup yaraqlı prezident qvardiyasının bazasına hücum edib. Amma hücumun qarşısı alınıb. Məlumata görə, həmin vaxt ölkə başçısı həmin bazada imiş.
Qvineya-Bisau hökuməti çevrilişə cəhddə Portuqaliyanı günahkar bilib. Rəsmi Lissabon isə ittihamlara cavab verməyib.
Xatırladaq ki, bu ilin aprelində Qvineya-Bisauda baş vermiş dövlət çevrilişi nəticəsində qanuni prezident devrilmişdi, hakimiyyəti hərbi xunta ələ keçirmişdi.