Hind kinosunun əfsanəsi öldü
22 oktyabr 2012 11:58 (UTC +04:00)

Hind kinosunun əfsanəsi öldü

Oktyabrın 21-də Bollivudun prodüseri və rejissoru, hind kinosunun əfsanəsi sayılan Yaş Çopra 80 yaşında vəfat edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Yaş Kopra müalicə aldığı Lilavati Xəstəxanasında orqan çatışmazlığından həyatını itirib.

Yaş Çopra kino karyerasına 1950-ci ildə böyük qardaşı B.R. Korpanın dəstəyi ilə başlayıb və “Yash Raj” kino şirkətini qurub. O, 1973-cü ildə çəkdiyi “Daag: A Poem of Love” filmi ilə ən yaxşı rejissor mükafatına layiq görülüb. Hindistan Kino Akademiyası və “Golden Lotus” tərəfindən bir çox mükafata layiq görülən Yaş Kopranın məşhur filmləri arasında “Deewar” (1975), “Kabhi Kabhie a” (1976), “Dil to Pagal Hai”, “Lamhe” və “Veer-Zaara” filmləri var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3247

Oxşar yazılar