Kosova və Serbiya liderləri ilk dəfə görüşüb
19 oktyabr 2012 21:25 (UTC +04:00)

Kosova və Serbiya liderləri ilk dəfə görüşüb

Kosovanın baş naziri Haşim Taçi ilə dəfə olaraq, Serbiyanın hökumət başçısı İvits Daşiçlə Brüsseldə görüşüb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu görüşü Avropa Birliyinin ali komissarı Ketrin Eşton təşkil edib. Onun dəftərxanasından bildirilib ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı əməkdaşlıq edəcəklərinə dair öhdəlik götürüblər.

Xatırladaq ki, 4 il öncə Serbiyanın etirazına baxmayaraq, Kosova öz müstəqilliyini elan edib. Hazırda Kosovanın müstəqilliyini dünyanın 90 dövləti, o cümlədən Avropa Birliyinin 27 üzvündə 22 tanıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar