Macarıstanda bomba həyəcanı
0
0
Budapeştdə İkinci Dünya Müharibəsi dövründə atılmış bomba aşkarlanıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ istehsalı olan partlamamış bombanın çəkisi 500 kiloqramdır.
Bomba Dunay çayından keçən dəmir yolu körpüsünün yaxınlığında tapılıb. Polis yaxınlıqdakı binalarda yaşayan 8 min nəfəri evakuasiya edib. Mütəxəssislər bombanın axşam saatlarına qədər zərərsizləşdiriləcəyini bildiriblər.
Qeyd edək ki, İkinci Dünya Müharibəsi dönəmində Budapeşt 30 dəfə bombalanıb.