Türkiyəli nazirdən Avropa Birliyinə təsəlli
19 oktyabr 2012 11:08 (UTC +04:00)

Türkiyəli nazirdən Avropa Birliyinə təsəlli

İtaliyada səfərdə olan Türkiyənin Avropa Birliyi üzrə naziri Egemen Bağış iqtisadi böhranla üzləşən Avropaya müraciət edib. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, E. Bağış qeyd edib ki, avropalılar böhranı çox şişirdir: “Bu böhran axıra qədər davam etməyəcək. Türkiyədə bu problemlə qarşılaşmışdı. Ancaq iqtisadi proqramların həyata keçirilməsi nəticəsində bu vəziyyətdən çıxa bildik”.

E. Bağış AB-dən narazılığını da gizlətməyib. O, vurğulayıb ki, Türkiyə Gömrük Birliyinə üzv olsa da, hələ də türklərə viza rejimi tətbiq olunur. “Bir məsələni də qeyd edim ki, türklər AB-nin PKK terror təşkilatı ilə ciddi mübarizə aparmadığını düşünür” - deyə, nazir əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129

Oxşar yazılar