ABŞ Federal Ehtiyat Bankını partlatmaq istəyən terrorçu tutuldu
18 oktyabr 2012 10:31 (UTC +04:00)

ABŞ Federal Ehtiyat Bankını partlatmaq istəyən terrorçu tutuldu

ABŞ Federal Ehtiyat Bankının binasını 450 kiloqram bomba ilə partlatmaq istəyən Banqladeş əsilli şəxs Nyu-Yorkda saxlanılıb.

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 21 yaşlı Məhəmməd Rezvanul Ahsan Nafis partlayıcı qurğunu işə salmaq istəyərkən tutulub.

Bununla belə, ABŞ Federal Təhqiqat Bürosu əslində həmin bombanın təhlükəsizlik olduğunu açıqlayıb. Çünki hazırlanan terror aktından xəbər tutan Təhlükəsizlik Xidmətinin əməkdaşları Məhəmməd Rezvanul Ahsan Nafisədəki həqiqi bombanı mum bomba ilə dəyişdirə biliblər.

Nyu-York Prokurorluğu bildirib ki, Məhəmməd Rezvanul Ahsan Nafis bu ilin yanvar ayında terror aktları həyata keçirmək üçün ABŞ-a gəlib. O, ABŞ-da terror qrupu yaratmağa və planını həyata keçirməyə kömək edəcək şəxs tapmağa çalışıb. Federal Təhqiqat Bürosu isə casuslarından birini Məhəmməd Rezvanul Ahsan Nafisin yanında yerləşdirib. Məhəmməd Rezvanul Ahsan Nafis ABŞ Federal Ehtiyat Bankının binasını partlatmaq üçün saxta bombanı ora gətirərkən də Federal Təhqiqat Bürosunun nəzarəti altında olub.

Axtarışlar zamanı Məhəmməd Rezvanul Ahsan Nafisin terror aktına görə məsuliyyəti öz üzərinə götürdüyünü əks etdirən məktubu tapılıb. O, məktubda ABŞ-ı dağıtmağı arzuladığını yazıb, “Əl-Qaildə” terror təşkilatının 2011-ci ildə öldürülmüş lideri Üsamə Bin Ladeni tərifləyib. Məhəmməd Rezvanul Ahsan Nafisə qarşı kütləvi qırğın silahından istifadəyə cəhd və “Əl-Qaidə”-ni dəstəkləməsi ilə bağlı ittiham elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1838

Oxşar yazılar