Edam ediləcəklərin yaxınları ayətullah Xamneyinin evi qarşısına toplaşıb
17 oktyabr 2012 20:03 (UTC +04:00)

Edam ediləcəklərin yaxınları ayətullah Xamneyinin evi qarşısına toplaşıb

Iranda edam cəzasına məhkum edilmiş məhbusların ailə üzvləri və qohumlarından ibarət qırxa yaxın etirazçı bu gün ölkənin ali dini lideri ayətullah Xamneyinin Tehrandakı şəhərində yerləşən evinin qarşısına toplaşıblar.

APA-nın HRANA-ya istinadən məlumatına görə, etirazçılar ayətullah Xamneyinin məhkəmənin ölüm hökmü çıxardığı 10 nəfəri əfv etməsini istəyiblər. Lakin evin məsul şəxsi onlara növbəti dəfə müsbət cavab verməyib. Aksiyaçılara “Buradan gedin. Bu məsələnin bizə aidiyyatı yoxdur, siz parlamentin qarşısında toplaşın”, - deyə bildirilib.

Qeyd edək ki, edama məhkum edilmiş məhbusların qohumları oktyabrın 3 və 10-da da dini liderin evinin qarşısına eyni məqsədlə toplaşıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar