Əhmədinejad: “Düşmənlərimiz İranla Azərbaycan arasındakı xoş münasibətdən narahatdır”
0
0
Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə İran prezidenti Mahmud Əhmədinejad bildirib. İranın dövlət başçısı vurğulayıb ki, rəsmi Tehran daima Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini və inkişafını dəstəkləyir.
“İran və Azərbaycanın düşmənləri iki ölkə xalqlarının xoş münasibətlərindən çox narahatdırlar. Heç bir faktor iki ölkə xalqları arasındakı qardaşlıq əlaqələrini zədələyə bilməz” - deyə, M. Əhmədinejad bildirib.