
PKK terrorçuları məktəbə hücum edib, 6 müəllimi qaçırdılar
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, İqdırın Qaraqoyunlu rayonunun Bulaqbaşı kəndinə gələn iki silahlı terrorçu orta məktəbdə dərs keçən 19 müəllimdən 6-sını qaçırıb. Kənd icra nümayəndəsi Məmməd Gültəkin bildirib ki, terrorçuların məktəbə gəldiyini görən kəndlilər məktəbin qarşısına toplaşaraq müəllimlərə dəstək veriblər. Kəndlilər terrorçuların müəllimləri qaçırmamaları üçün onlara yalvarıblar. Onun sözlərinə görə, terrorçular silahlarını kəndlilərə tuşlayaraq onların kənarda durmasını tələb ediblər. Müəllimlər aparılan zaman şagirdlər ağlayıblar. Terrorçular 6 müəllimi Ağrı dağının Korhan yaylası istiqamətə aparıblar. Məsələ barədə təhlükəsizlik qüvvələrinə məlumat verilib.
Oxşar yazılar

Tramp: Sabah Azərbaycan, Ermənistan və ABŞ üçün tarixi gün olacaq
8 avqust 2025 , 03:29
Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
7 avqust 2025 , 15:37
İsrail “Hizbullah”ı vurdu
7 avqust 2025 , 05:51
Yer kürəsində uzunmüddətli geomaqnit qasırğası gözlənilir
7 avqust 2025 , 03:13
Çində COVID-19 geri qayıdır: məhdudiyyətlər bərpa olundu - VİDEO
6 avqust 2025 , 22:00
Qanada helikopter qəzası: iki nazir həlak oldu
6 avqust 2025 , 21:02
Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub
6 avqust 2025 , 18:17