Mahaçkala-Moskva avtobusu qəzaya uğradı: 6 ölü, 32 yaralı - FOTO
0
0
Moskva-Mahaçqala reysi ilə hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb. Lent.az-ın Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata görə, hadisə Stavropol diyarının İpatovo rayonu ərazisində baş verib.
Qəfil avtobusun qarşısına çıxan “VAZ-2109” markalı maşından yayınmaq istəyən sürücü idarəetməni itirib. Avtobus aşıb. Nəticədə 6 nəfər həlak olub, 32 nəfər yaralanıb. Yaralananların 8 nəfərinin vəziyyəti ağırdır.