«İmedi» TV varislərə qaytarıldı
0
0
Gürcüstanın «İmedi» telekanalının indiki yiyəsi ilə mərhum iş adamı Badri Patarkatsişivilinin qohumları arasında şirkətin ailəyə qaytarılmasına dair razılıq əldə edilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, axşam xəbərlərində «İmedi»-nin aparıcısı «Patarkatsişivili ailə üzvlərinin» bununla bağlı xəbərini oxuyub.
«Telekanalın təhvil verilməsi prosesi başlayıb. Biz «İmedi»-nin yüksək peşəkar və obyektiv teleşirkət olması üçün gücümüzü əsirgəməyəcəyik» - deyə, bəyanatda bildirilib.
Xatırladaq ki, «İmedi» Gürcüstanda ən iri teleşirkətidir. Onun əsasını 2000-ci illərin əvvəlində iş adamı Badri Patarkatsişivili qoyub. O öləndən sonra şirkət «Corciya Media Prodakşn Qrup»un nəzarəti altına keçib. Onda mərhum iş adamının qohumları kanalın onların nəzarətinə qaytarılmasına çox səy göstərmişdi.