İvanişvili Batumidəki kazino və fahişəxanaları bağlayır
16 oktyabr 2012 12:15 (UTC +04:00)

İvanişvili Batumidəki kazino və fahişəxanaları bağlayır

Gürcü milyarder, seçkidə qalib gəlmiş “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvili Batumi kurort şəhərindəki bütün oyun zallarını və fahişəxanaları bağlamaq fikrindədir. Lent.az-ın məlumatına görə, bu barədə İvanişvili Türkiyənin “Sabah” qəzetinə bildirib.

Biznesmenin fikrincə, belə obyektlər turistləri cəlb etmir, dövlətə az gəlir gətirir və üstəlik, ölkənin nüfuzunu korlayır.

Qeyd edək ki, Batumidə bir neçə kazino, oyun avtomatları zalı, habelə, 10-dan çox fahişəxana mövcuddur. Bu obyektlərin müştəriləri isə daha çox türk biznesmenlər olur. Şəhərdə 4 kazino, 11 oyun zalı və 15-dək totalizatora lisenziya verilib. Oyun biznesindən şəhər büdcəsinə ilin əvvəllərindən indiyədək 3,6 milyon dollaradək gəlir daxil olub. Batumi meriyasından bildirilib ki, oyun biznesi bələdiyyə büdcəsi üçün çox vacibdir. Çünki bu, qeyri-vergi daxilolmalarının yarısını təşkil edir. Gürcüstanda fahişəxana saxlamaq qadağan olunsa da, oyun biznesi leqallaşdırılıb. Bu səbəbdən, milyarderin hansı əsasla kazinoları bağlamaq istəyi məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1598

Oxşar yazılar