İranda hər gün edam var
0
0
İranda 2012-ci ilin ilk yarısında 200 nəfərdən çox insan edam edilib. APA-nın məlumatına görə, bu barədə İranın İnsan Haqlarının Müdafiə Cəmiyyəti bəyanat yayıb.
Təşkilatın sədri Əbdülkərim Lahici jurnalistlərə açıqlamasında bildirib ki, bu rəqəmlər dövlət tərəfindən verilən statistikadır: “Həqiqi edam sayı isə rəsmi rəqəmlərdən daha çoxdur”.
Qeyd edək ki, İranda Fəalların İnsan Haqları Agentliyinin yaydığı xəbərə görə, 2011-ci ilin oktyabr ayından 2012-ci ilin oktyabrına qədər İranda 488 nəfər edam edilib, 333 nəfərə isə məhkəmə tərəfindən ölüm hökmü çıxarılıb.