Bakılı narkobaronu polis rəisi həbsdən qaçırıb
15 oktyabr 2012 14:45 (UTC +04:00)

Bakılı narkobaronu polis rəisi həbsdən qaçırıb

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, əslən Bakıdan olan 58 yaşlı narkobaron Robert İsmayılov bir qədər əvvəl polisin keçirdiyi əməliyyat zamanı həbs olunub.

O, həbs edildikdən sonra qəfil özünü pis hiss edib. İsmayılov dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Rusiya İstintaq Komitəsi indi İsmayılovun bir neçə mühafizəçisi olan xəstəxana palatasından necə qaçdığını aydınlaşdırırlar.

Məlumata görə, Robert İsmayılov çoxdan hüquq-mühafizə orqanlarının diqqətini cəlb edibmiş. O, paytaxt Moskvada və Moskva vilayətində narkotik maddələrin satışını təşkil etməkdə şübhəli bilinir. İsmayılov həbs olunanda cibindən 200 qram heroin aşkar edilib. Amma saxlanılaraq yerli polis idarəsinə gətiriləndən az sonra qəfil özünü pis hiss edib. O, yaxınlıqdakı xəstəxanaya çatdırılıb, palatanın qarşısında polis nəfərləri keşik çəkməyə başlayıb. Amma iki gün sonra İsmayılov palatadan qaça bilib.

Hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları qaçışda Cənubi Butovo rayonunun polis idarəsinin rəisi Valeri Ponomaryovun əlinin olub-olmadığını aydınlaşdırırlar. Artıq idarənin istintaq şöbəsinin rəisi Natalya Alekseyeva bu məsələylə bağlı vəzifəsindən azad olunaraq istintaqa cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4355

Oxşar yazılar