Türkiyənin Suriyaya hərbi müdaxilə planı hazırdır
Türkiyə Silahlı qüvvələrinin Baş Qərargahı Suriyaya hərbi müdaxilə planını hazırlayıb.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, plan hazırlanarkən Suriya ordusunun imkan və qabiliyyəti, bölgədə Rusiya ilə PKK amili də nəzərə alınıb.
Hərbi müdaxilə planında İkinci Ordu Komandanlığı aktiv rol oynayacaq. Risklərin də nəzərə alındığı planda Suriyaya hərbi müdaxilə zamanı quru, hava və hərbi dəniz qüvvələrindən birgə istifadə nəzərdə tutulub. Xüsusi təyinatlı qüvvələrin də qatılacağı hücum planının sərhədlərini isə savaş zamanı hökumət müəyyənləşdirəcək.
Qeyd edək ki, məhz Suriyaya hərbi müdaxilə planının hazırlanması ilə əlaqədar Ermənistanla sərhədlə yerləşən Ağrı dağında xidmət edən təcrübəli briqada generalı Hakan Atınc Hataydakı Mexaniki Piyada Briqadanın komandanlığına gətirilib. İkinci Ordunun komandanı ordu generalı Qalib Mendidir. O, avqust ayında bu posta gətirilib. Əgər Suriyaya hərbi müdaxilə qərarı verilərsə, Qalib Mendi və Hakan Atıncın üzərinə kritik vəzifələr qoyulacaq.

Oxşar yazılar

Tramp: Sabah Azərbaycan, Ermənistan və ABŞ üçün tarixi gün olacaq
8 avqust 2025 , 03:29
Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
7 avqust 2025 , 15:37
İsrail “Hizbullah”ı vurdu
7 avqust 2025 , 05:51
Yer kürəsində uzunmüddətli geomaqnit qasırğası gözlənilir
7 avqust 2025 , 03:13
Çində COVID-19 geri qayıdır: məhdudiyyətlər bərpa olundu - VİDEO
6 avqust 2025 , 22:00
Qanada helikopter qəzası: iki nazir həlak oldu
6 avqust 2025 , 21:02
Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub
6 avqust 2025 , 18:17