İran hava yollarının vəziyyəti ağırlaşır
Maliyyə böhranı İranın hava yolları şirkətini də çıxılmaz vəziyyətə salıb.
Lent.az-ın çeşidli informasiya mənbələrinə istinadən əldə etdiyi məlumatlara əsasən, Bosniya-Hersoqovina Hava Yolları ilə ortaqlıqdan 19,2 milyon dollar ziyana düşən Türk Hava Yolları (THY) İranla da ciddi problemlər yaşayır.
THY İrandan 50 milyon dollar borcunu geri ala bilmir. Buna səbəb isə İranda yaşanan valyuta böhranı göstərilir. Məsələ Cümhuriyyət Xalq Partiyasının millət vəkili Umut Oranın Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə müraciətindən sonra ortaya çıxıb.
Millət vəkilinin bildirdiyinə görə, Türk Hava Yolları İrandan 50 milyon borcunu geri almayıb. Problemin həllinə nail olmaq üçün THY-nın rəhbəri Həmdi Topçu İrana səfər etsə də, nəticə əldə edilməyib.
Bu sahədəki başqa bir xəbər görə, İran Aviasiya Təşkilatının rəisi Həmidrza Pəhləvani jurnalistlərə açıqlamasında daxili uçuşların biletlərinin 50 faiz bahalaşacağını bildirib.
O, bu addımı rialın məzənnədən düşməsi ilə bağlı atıldığını söyləyib: “Təyyarə yanacağının qiyməti düşməzsə, o zaman xərclərini ödəmək üçün şirkətlərin biletlərin qiymətini qaldırmaqdan başqa çarəsi yoxdur. Belə davam etsə, yaxın günlərdə biletlər 50 faiz bahalaşacaq”.
Sədrəddin Soltan

Oxşar yazılar

Tramp: Sabah Azərbaycan, Ermənistan və ABŞ üçün tarixi gün olacaq
8 avqust 2025 , 03:29
Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
7 avqust 2025 , 15:37
İsrail “Hizbullah”ı vurdu
7 avqust 2025 , 05:51
Yer kürəsində uzunmüddətli geomaqnit qasırğası gözlənilir
7 avqust 2025 , 03:13
Çində COVID-19 geri qayıdır: məhdudiyyətlər bərpa olundu - VİDEO
6 avqust 2025 , 22:00
Qanada helikopter qəzası: iki nazir həlak oldu
6 avqust 2025 , 21:02
Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub
6 avqust 2025 , 18:17