BMT-nin hesabatında Güney Azərbaycan türklərinə də yer ayrılıb
0
0
BMT-nın bu sahə üzrə özəl təmsilçisi də var. Ancaq neçə illərdir Tehran hakimiyyəti «insan haqları məsələsi iç işimizdir»- deyib, qurumun insan haqları ilə bağlı müfəttişlərini ölkəyə buraxmır.
BMT-nin İranda insan haqları üzrə özəl təmsilçisi Əhməd Şəhid ötən gün İslam Respublikasında insan haqlarını vəziyyəti ilə bağlı növbəti hesabatını açıqlayıb.
Hesabatda İranda Azərbaycan türklərinə qarşı təzyiqlərdən də vurğulanıb : « Ölkədə ölkədə milli, dini azlıqlara, o cümlədən Azərbaycan türklərinə və ərəblərə qarşı zorakılıqlar, təzyiqlər geniş vüsət alıb. Xristianlar, bəhailər, digər dini azlıqların nümayəndələri, məzhəb qrupları ağır basqılara məruz qalır».
İranda edam hökmləri və onların icrasının sayının artdığı vurğulanıb.
Əhməd Şəhid bəyan edib ki,İslam Respublikasında insan haqları ilə bağlı durum son dərəcə acınacaqlıdır. O, Tehran hakimiyyətini qadınlara, milli və dini azlıqlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb.