Tacikistan təyyarələri də İrana uçmayacaq
12 oktyabr 2012 07:15 (UTC +04:00)

Tacikistan təyyarələri də İrana uçmayacaq

Dünyanın bir sıra ölkələrinin uçuş şirkətləri artıq İranla əlaqələri dayandırdıqlarını bildirib.
Lent.az-ın GünAz TV-yə istinadən məlumatına görə, Tacikistanın “Tajik Air” aviasiya şirkəti İrana uçuşları dayandırdığını bəyan edib.
Şirkətin sözçüsü jurnalistlərə açıqlamasında deyib ki, İrana uçuşları oktyabrın 9-dan dayandırıblar. Şirkət bunu İran pulunun dəyərdən düşməsi ilə əlaqələndirib: “Tehranın beynəlxalq hava limanının rəsmiləri xarici təyyarələrə verdikləri yanacağın pulunun mötəbər xarici valyutalardan biri ilə ödənməsini tələb edir. Bu isə İranın bizim aviasiya şirkətə sərf etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733

Oxşar yazılar