Gürcüstan hökuməti istefaya getdi
11 oktyabr 2012 11:41 (UTC +04:00)

Gürcüstan hökuməti istefaya getdi

0
Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan prezidentinin rəsmi saytı məlumat yayıb.

Bununla belə, yeni hökumət formalaşana qədər hazırkı hökumət səlahiyyətlərini yerinə yetirəcək. Gürcüstanın yeni hökumətin tərkibi Konstitusiyaya uyğun olaraq yeni parlamentə təqdim olunacaq. Konstitusiyaya əsasən parlament yeni hökumətin nazirlərini 20-21 oktyabr tarixlərində təsdiqləməlidir.

Qeyd edək ki, oktyabrın 1-də keçirilən parlament seçkilərində milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi müxalif “Gürcü Arzusu” koalisiyası qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1874

Oxşar yazılar