“Öcalanın maliyyəçisi” öldü
0
0
İndoneziyada silah qaçaqmalçısı Vlassis Kamburoğlunun cəsədi tapılıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 61 yaşlı Vlassis Kamburoğlu 1999-cu ildə PKK terror təşkilatının lideri Abdulla Öcalanın Rusiyadan Afinaya gətirilməsi əməliyyatını maliyyələşdirməsi ilə də diqqət mərkəzində olub. İndoneziya polisi cəsədində hər hansı zorakılıq izi aşkarlanmayan Vlassis Kamburoğlunun ölümünün dəqiq səbəbinin məhkəmə-tibbi ekspertizadan sonra açıqlanacağını bəyan edib. Vlassis Kamburoğlunun ölümü ilə Rusiyanın Yunanıstana “TOR-1” tipli raket satışı zamanı yaşanmış 50 milyon avroluq rüşvət qalmaqalla bağlı əsrarəngiz şəkildə ölənlərin sayı da 3 nəfərə çatıb. Bundan əvvəl həmin qalmaqalda adları hallanan rusiyalı İqor Klimov Qızıl Meydanda, iş yoldaşı Sergey Sitko Moskva yaxınlığında bir kənddə öldürülüb.
0
0