Ən iri yük daşıyan şirkət İranla işləmək istəmir
10 oktyabr 2012 08:11 (UTC +04:00)

Ən iri yük daşıyan şirkət İranla işləmək istəmir

Lent.az-ın BBC-yə istinadən məlumatına görə, iş şəraitinin pisləşməsini isə şirkət nüvə proqramı ilə bağlı İrana tətbiq edilən sanksiyaları əsas göstərib.

Şirkət təmsilçisi bütün məsələləri götür-qoy etdikdən sonra Tehranla kiçik ticarət əlaqəsinin çox böyük risq olduğunu, buna görə də başqa müştərilərlə münasibəti pozmaq istəmədiklərini söyləyib.

Qeyd edək ki, Malayziyanın “AirAsia”, Böyük Britaniyanın isə “BMİ” hava yolları şirkətləri də iki gün öncə İrana uçuşları dayandırdıqlarına dair ayrı-ayrılıqda bəyanatla çıxış ediblər.

«AirAsia”-nın bəyanatda bildirilib ki, İslam Respublikası ilə iş şəraiti çətin olduğuna, eləcə də İran milli pulunun dəyərinin sabit olmamasını nəzərə alaraq, oktyabrın 14-dən İranla əməkdaşlığı dayandırmaq qərarına gəliblər.

İngilislər isə bəyanatında «BMİ»-nin Böyük Britaniyanın “British Airways” Hava Yolları Şirkətinin tam ixtiyarına verildiyi üçün oktyabrın 13-dən İrana bütün uçuşları dayandıracaqlarını vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1241

Oxşar yazılar