Yəməndə İranın casusluq şəbəkəsi ifşa olunub
10 oktyabr 2012 07:32 (UTC +04:00)

Yəməndə İranın casusluq şəbəkəsi ifşa olunub

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatda bildirilib ki, «əl-Ərəbiyyə» telekanalı paytaxt Səna və Ədəndə də belə həbslərin keçirildiyi haqda məlumat yayıb.
Yəmən Müdafiə Nazirliyinin bəyanatına əsasən, şəbəkə üzvü olan iranlılar ölkəyə zavod tikintisi sahəsində sərmayə yatırmaq istəyən şəxs qismində gəlibmiş.
Qurumun məlumatında deyilib ki, bu şəbəkə üzvlərinin Ədən körfəzindən Yəmənə tikinti materialları adı altında daşıdığı yüklərin birində aparılan yoxlama zamanı raket və hərbi sursat istehsalında istifadə edilən avadanlıqlar aşkarlanıb.
Onların sayı və kimliyi haqda açıqlama verilməsə də, saxlanan şəbəkə üzvləri arasında Suriya və Yəmən vətəndaşının olduğu qeyd olunub.
Məlumata əsasən, bir müddət öncə Yəmən prezidenti Əbd Rəbbo Mənsur Hadi ABŞ-a səfəri zamanı bildirmişdi ki, İslam Respublikası ölkədə sabitliyi pozmaq istəyən bəzi siyasi və hərbi qruplaşalara himayədarlıq edir.
İran hakimiyyəti ünvanına deyilən ittihamları rədd etməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar