Rusiya səfirindən ermənilərə sərt cavab!
“Heç kim erməniləri zorla Rusiyaya qovub gətirmir, onlar özləri Ermənistandan Rusiyaya gəlirlər”.
Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, bunu bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Rusiyanın Ermənistandakı səfiri Vyaçeslav Kovalenko söyləyib.
Qeyd edək ki, mətbuat konfransında erməni jurnalistlər əhalinin Ermənistanı sürətlə tərk etməsi probleminə toxunub, ermənilərin ən çox miqrasiya etdiyi ölkə olan Rusiyanın bu məsələdə Ermənistana nə üçün yardım etməməsi ilə maraqlanıblar. Vyaçeslav Kovalenko isə bildirib ki, bir çoxlarının Ermənistan vətəndaşlarının Rusiyaya miqrasiyasına yol açdığını düşündüyü Yurddaş Dövlət Proqramını Rusiya bağlaya bilməz: “Günah məgər Rusiya Miqrasiya Xidmətindədir? Məgər kimsə erməniləri Rusiyaya çəkib aparır? Məgər erməniləri zorla Rusiyaya gətirirlər? Düşünürsünüz ki, Rusiya Miqrasiya Xidməti Ermənistandakı təmsilçiliyini bağlasanız, ermənilər Rusiyaya axışmayacaqlar? Səbəb bu deyil, başqa səbəblər var. Nə üçün insanlar Ermənistanı tərk edirlər? Ona görə ki, bunun obyektiv səbəbləri var, Rusiyanın Miqrasiya Xidməti bunda günahkar deyil”.
Vyaçeslav Kovalenko bildirib ki, Rusiya Miqrasiya Xidməti qeyri-leqal miqrasiyanın məhdudlaşdırılmasına, Rusiyaya gələn insanların normal həyat şəraitində və yaxşı maaşla yaşamasına nail olmağa çalışır: “Hətta təmsilçiliyi bağlasaq da, Ermənistandan Rusiyaya miqrasiya dayanmayacaq. Digər tərəfdən, heç kim sual vermir ki, Ermənistandakı ABŞ konsulluğu necə işləyir. Mən sizə deyə bilərəm ki, 2007-ci ildən qrinkart vasitəsi ilə 5 mindən çox şəxs ailəsi ilə birlikdə ABŞ-a gedib, bu müddət ərzində Rusiya Miqrasiya Xidmətinin xətti ilə Ermənistandan Rusiyaya ailələri ilə birlikdə gedənlərin sayı isə 5 min nəfərdən azdır”.

Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14