Dünyada hər 8 nəfərdən biri acdır
09 oktyabr 2012 15:13 (UTC +04:00)

Dünyada hər 8 nəfərdən biri acdır

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin bu gün açıqladığı hesabatda qeyd olunur.

Bununla belə, bir çox kasıb ölkələrdə ərzağın qiymətinin yüksəlməsi ilə bağlı qiyamların, aksiyaların baş verdiyi 2007-2008-ci illərlə müqayisədə ötən dövr ərzində aclıq səviyyəsi azalıb. 2010-2012-ci illərdə 868 milyon insan, yaxud dünya əhalisinin 12,5 faizi aclıqdan əziyyət çəkib. Müqayisə üçün 1990-1992-ci illərdə 500 milyon, yəni dünya əhalisinin 18,6 faizi aclıqdan əziyyət çəkib.

Agentliyin baş direktoru Xose Qratsiano da Silva deyib ki, ərzaq məsələsi ilə bağlı dünyada vəziyyət nisbətən yaxşılaşsa da, hələ hər 8 nəfərdən birinin aclıqdan əziyyət çəkməsi qəbuledilməzdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar