İran-Türkiyə qaz kəmərində partlayış olub
08 oktyabr 2012 15:13 (UTC +04:00)

İran-Türkiyə qaz kəmərində partlayış olub

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Doğu Bəyazitdə baş verən partlayışdan sonra İrandan Türkiyəyə qaz nəqli dayandırılıb.

Partlayışın səbəbi hələ müəyyənləşməyib. Kəmərə dəyən ziyanın həcmi müəyyənləşəndən sonra təmir işlərinin nə qədər vaxt aparacağı və qaz nəqlinin nə vaxt bərpa olunacağı barədə məlumat veriləcək.

Qeyd edək ki, Türkiyə İranla bərabər Azərbaycan və Rusiyadan qaz alır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar