Gürcüstanın yeni hökumətinin tərkibi açıqlandı
08 oktyabr 2012 13:05 (UTC +04:00)

Gürcüstanın yeni hökumətinin tərkibi açıqlandı

Gürcüstanda parlament seçkilərində qalib gələn “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvili yeni hökumətin tərkibini açıqlayıb. Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinə Bidzina İvanişvili özü rəhbərlik edəcək.

Daxili işlə naziri “Gürcü arzusu”nun təmsilçisi İrakliy Qaribaşvili, müdafiə naziri “Bizim Gürcüstan” Partiyasının lideri, Gürcüstanın BMT-dəki sabiq səfiri İrakliy Alasaniya tutacaq. Elə xaric işlər nazir postuna da İrakliy Alasaniyanın arvadının bacısı Mayya Pancikidzenin namizədliyi irəli sürüləcək. O, Gürcüstanın Almaniyadakı səfiri olub, hazırda Bidzina İvanişvilinin mətbuat katibidir. Regional inkişaf naziri postuna keçmiş futbolçu Kaxa Kaladzenin gətirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094

Oxşar yazılar