İrandan Qərbə kompromis təklif
08 oktyabr 2012 12:45 (UTC +04:00)

İrandan Qərbə kompromis təklif

Nüvə proqramı ilə bağlı ABŞ və Avropa Birliyinin sanksiyaları ilə üzləşən İran çıxış yolu axtarır. Lent.az-ın verdiyi məlumata görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi “Der Spiegel” jurnalına müsahibəsində Qərblə qarşıdurmanın aradan qaldırılması üçün kompromis təklif edib.


İranın dinc məqsədlə uran zənginləşdirməsi hüququnun olduğunu söyləyən Əli Əkbər Salehi deyib ki, Tehranın nüvə tədqiqatlarının hərbi məqsəd daşıdığına dair hər hansı sübut yoxdur: “Əgər bizim uran zənginləşdirmək hüququmuz rəsmən tanınarsa, biz kompromisə getməyə və könüllü uran zənginləşdirilməsi məhdudlaşdıra bilərik. Ancaq bu halda İranın xaricdən radioaktiv yanacaqla təmin ediləcəyinə dair zəmanət verilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar