Sudanda hərbi təyyarə qəzası: 13 ölü, 9 yaralı
08 oktyabr 2012 11:15 (UTC +04:00)

Sudanda hərbi təyyarə qəzası: 13 ölü, 9 yaralı

Sudanın paytaxtı Xartumun qərbindəki Derman bölgəsində “Antonov-12”’ tipli hərbi təyyarə qəzası baş verib. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, 13 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Sudan Silahlı Qüvvələrindən verilən açıqlamada qeyd olunur ki, ölənlərin sayının artacağı ehtimal olunur. Qeyd edək ki, Sudanda son 15 ildə təyyarə qəzaları nəticəsində 300-dən çox insan həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar