Obama işsizlərin sayının azalmasından, iqtisadi dirçəlişdən danışıb
07 oktyabr 2012 02:13 (UTC +04:00)

Obama işsizlərin sayının azalmasından, iqtisadi dirçəlişdən danışıb

Həftəlik müraciətində prezident o, işsizlik səviyyəsinin 2009-cu ildən də aşağı səviyyəyə düşdüyünü vurğulayıb.

Lent.az-ın «Amerikanın səsin»ə istinadən məlumatına görə, Barak Obama Konqresdəki Respublikaçıları təklif etdiyi vergi planını dəstəkləməyə çağırıb.

Prezident Obamanın qənaətincə, müxalifət ən varlı 2 faizlik zümrənin vergilərini artırmamaq üçün 98 faiz amerikalını “girov” saxlayır.

O, Respublikaçıları əleyhinə səs verdikləri veteranlar üçün iş yerlərinin yaradılmasını nəzərdə tutan qanun layihəsini də yenidən nəzərdən keçirməyə çağırıb: «Vətən üçün xaricdə döyüşmüş adamlar geri döndükdən sonra orada iş üçün döyüşməməlidirlər».

Respublikaçılar Milli Komitəsinin sədri Rins Pribus isə bildirib ki, prezidentin planı ötən dörd ildə "orta sinfi dəfn etmiş pis siyasəti" davam etdirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar