Vatikan liderinin köməkçisi cəzalandı
07 oktyabr 2012 00:31 (UTC +04:00)

Vatikan liderinin köməkçisi cəzalandı

Vatikan sözçüsü qənaətincə, çox güman ki Papa Qabrieli əvf edəcək.

Hakim Cüzeppe Dalla Torre yekun hökmünü oxuyaraq 46 yaşlı, üç uşaq atası Paolo Qabrieli 18 ay müddətinə azadlıqdan məhrum edib.

Qabrielin tərəfdaşı olan kompüter eksperti isə ayrıca mühakimə olunacaq.

Hakim Torre ilkin olaraq Qabrielə üç illik həbs cəzası vermişdi, ancaq onun keçmiş xidmətlərini və əvvəllər cinayət törətmədiyini nəzərə alaraq cəza müddətini 18 aya qədər azaldıb.

Qabriel papanın şəxsi sənədlərini oğruladığını və onları jurnalistə ötürdüyünü etiraf edib. Bu, dünyanın ən kiçik dövləti olan Vatikan tarixində misli görünməmiş bir olay hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar