Kadırovdan toyda atəş açmaq və qız qaçırmaq yasağı
06 oktyabr 2012 22:12 (UTC +04:00)

Kadırovdan toyda atəş açmaq və qız qaçırmaq yasağı

Çeçenistanın rəhbəri Ramzan Kadırov respublika ərazisindəki toylarda atəş açılması və qız qaçırlmasının yasaqlandığını bildirib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Kadırov deyib ki, əvvəllər toylarda güc qurumlarının əməkdaşları atəş açardı.

«Ancaq indi onlara bu qadağan edilib. Uyğun qanunla bu cinayətdir. Əvvəllər telefon, siqnal yox idi. Ona görə gəlinin gətirilməsini havaya atəş açmaqla xəbərdarlıq edərdilər. Ancaq indi SMS yazmaqla da bunu etmək olar» - deyə, Çeçeistanın başçısı bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942

Oxşar yazılar