İranın müdafiə naziri İraqa niyə gedibmiş?
04 oktyabr 2012 05:00 (UTC +04:00)

İranın müdafiə naziri İraqa niyə gedibmiş?

Lent.az-ın «Hadertürk»-ə istinadən məlumatına görə, ötən gün o, İraqda səfərdə olub. Bağdadı ziyarəti zamanı o, «iki ölkənin dost və qardaş» oluduğunu söyləyib.
Tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensiala imkanların oluduğunu da vurğulayıb.

Ə.Vahidi İranla İraq arasında hərbi sahədə işbirliyinin yollarının araşdırıldığını söyləyib. O, Bağdadda siyasi və hərbi məsullarla bir ara gələcəklərini də bildirib.
1979-cu ildən sonra İraqa səfər edən İranın ilk müdafiə naziridir.

Müşahidələrə görə, Tehran hakimiyyəti Suriyaya yardımı daha çox İraqın üzərindən uçan təyyarələri vasitəsi ilə gerçəkləşdirir.
Bu günlərdə İraqın xarici işlər naziri Huşyar Zibari jurnalistlərə açıqlamasında ölkə üzərindən Suriyaya uçan İran təyyarələrini endirərək, yoxlayacaqlarını bildirib.
Onun sözlərinə görə, İraq hökuməti Suriyaya silah daşıyan İran təyyarələrinin ölkə səmasından uçmasına imkan verməyəcək: “İraq hökuməti Amerika rəsmilərinə İran təyyarələrini endirəcəyi, onları yoxlayacağı haqda zəmanət verib. Hökumət bu barədə qəti qərar qəbul edib. Biz Suriyaya silah və pul daşınması üçün İraqdan tranzit yolu kimi istifadə olunmasına qarşıyıq. Biz həmçinin İran hökumətinə müraciət edərək Suriya hökumətini silahlandırmaq məqsədi ilə uçuşlar həyata keçirməsinin dayandırılmasını istəmişik”.
Bu baxımdan ehtimal etmək olar ki, İranın müdafiə naziri daha çox Suriyaya hərbi yardımla bağlı məsələni müzakirə etməyə gəlib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar