Rəsmi Dəməşqdən ilk açıqlama
04 oktyabr 2012 03:31 (UTC +04:00)

Rəsmi Dəməşqdən ilk açıqlama

Suriyanın informasiya naziri Umran Zubi Türkiyənin Ağcaqala qəsəbəsinə düşən top mərmisi ilə bağlı açıqlama verib.
Lent.azı- «Habertürk»-ə istinadən məlumatına görə, o, deyib: «Ölənlərə görə baş sağlığı veririk. Olayla bağlı araşdırmaya başlamışıq».

Zubi həlak olanları «şəhid» adlandırıb. Rəsmi Ankaraya mesaj göndərən, Dəməşq rəsmisi Türkiyənin sərhədlərinə nəzarət etməsinin vacibliyini vurğulayaraq, qonşu ölkədən «terrorçuların və silah –sursatın keçdiyini» bildirib. O, «qonşu dövlətlərin suverenliynə sayğı» duyduqlarını da söyləyib.

Xatırladaq ki, oktyabrın 3-də Suriya hökumətinə aid olan silahlı qüvvələr Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsini topa tutması nəticəsində Türkiyənin 5 vətəndaşı həlak olmuş, 10-u isə yaralanmışdı. Suriyanın bu təcavüzkar addımını Türkiyə də cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2269

Oxşar yazılar